Azərbaycanca: Nəsimi adına Mədəniyyət və İstirahət parkı
1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac düzüldü. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V.Nəzirov və A.Quliyevin müəllifi olduğu В«Sülh göyərçiniВ» abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi.
1981-ci ildə В«Yay estradasıВ»nın açılışı, В«Rəqs meydançasıВ»nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir.
Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən “Şəhidlər xiyabanı” parkın şərq hissəsində yerləşir. 20 Yanvar şəhidlərinə həsr edilmiş abidə (1991-ci il) və “Ulduzlar” abidəsi (1999-cu il) sumqayıtlıları tarixi unutmamağa çağırır.
Yuxarıda qeyd olunan heykəltəraşlıq nümunələrinin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə 7.10.2003-ci il tarixdə dahi Azərbaycan şairi İ.Nəsiminin abidəsi üçün Xəzərin sahili və yaşıllığa qərq olmuş parkın görkəmli mənzərəsinin ovuc içi kimi göründüyü yüksəklikdə ünvan seçdilər.
Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hal-hazırda ümumi sahəsi 80-hektardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, İ.Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
برای به اشتراک گذاشتن – برای کپی، توزیع و انتقال اثر
تلفیق کردن – برای انطباق اثر
تحت شرایط زیر:
انتساب – شما باید اعتبار مربوطه را به دست آورید، پیوندی به مجوز ارائه دهید و نشان دهید که آیا تغییرات ایجاد شدهاند یا خیر. شما ممکن است این کار را به هر روش منطقی انجام دهید، اما نه به هر شیوهای که پیشنهاد میکند که مجوزدهنده از شما یا استفادهتان حمایت کند.
انتشار مشابه – اگر این اثر را تلفیق یا تبدیل میکنید، یا بر پایه آن اثری دیگر خلق میکنید، میبایست مشارکتهای خود را تحت مجوز same or compatible license|یکسان یا مشابه با اصل آن توزیع کنید.
این پرونده حاوی اطلاعات اضافهای است که احتمالاً دوربین دیجیتال یا پویشگری که در ایجاد یا دیجیتالی کردن آن به کار رفته آن را افزوده است. اگر پرونده از وضعیت ابتداییاش تغییر داده شده باشد آنگاه ممکن است شرح و تفصیلات موجود اطلاعات تصویر را تماماً بازتاب ندهد.